Etik qaydalar


Etik bəyanatlarımız Elsevier tövsiyələrinə və COPE-un jurnal redaktorları üçün ən yaxşı təcrübə təlimatlarına əsaslanır.

 

Redaksiyanın vəzifələri

Jurnala göndərilən məqalələrin nəşr olunub-olunmaması Redaksiya Heyətinin qərarına əsasən həyata keçirilir.

Müvafiq qərar məqalənin əhəmiyyətinə, özünəməxsusluğuna, aydınlığına, araşdırmanın etibarlılığına və jurnalın əhatə dairəsinə əsasən verilməli; həmçinin müəllif hüquqlarının pozulması və plaqiatla bağlı mövcud tələblər də nəzərə alınmalıdır.

Redaktor və ya redaksiya heyətinin hər hansı bir üzvü, təqdim olunan əlyazma barədə məlumatları müvafiq müəllif, rəyçilər, potensial rəyçilər, digər redaksiya məsləhətçiləri və naşirdən başqa kimsəyə açıqlamamalıdırlar.

Təqdim olunan məqaləyə daxil olan nəşr olunmamış materiallar, müəllifin açıq yazılı razılığı olmadan redaktor və ya redaksiya heyəti üzvləri tərəfindən öz tədqiqat məqsədləri üçün istifadə edilməməlidir.


Rəyçilərin vəzifələri:

1. Həmkarların rəy vermə prosesi redaktora və redaksiya heyətinə nəşrlə bağlı qərarların qəbul edilməsində kömək edir, həmçinin müəllifin məqaləni təkmilləşdirilməsinə kömək edə bilər.

2. Tədqiqat işini nəzərdən keçirmək üçün özünü kifayət qədər səlahiyyətli hesab etməyən və ya təqdim edilən məqalə ilə bağlı müəyyənləşdirilən zaman ərzində rəy verə bilməyəcəyini hesab edən rəyçi redaktoru xəbərdar etməli və rəy vermə prosesindən çəkilməlidir.

3. Rəy vermə üçün nəzərdə tutulan bütün əlyazmalar məxfi sənədlər kimi qəbul edilməlidir. Redaktor tərəfindən icazə verilən hallar xaricində, onlar açıqlanmamalı və başqaları ilə müzakirə edilməməlidir.

4. Rəylər obyektiv şəkildə aparılmalıdır. Müəllifin şəxsi tənqidi yolverilməzdir. Rəyçilər fikirlərini dəstəkləyici arqumentlərlə aydın şəkildə ifadə etməlidirlər.

5. Rəyçilər, məqalədə istinadların düzgün verilməsinə xüsusi diqqət yetirməli, plagiat halları aşkar edilərsə, bunu rəylərində bildirməlidirlər.

6. Həmkarların rəy vermə prosesi zamanı əldə olunan məlumatlar və fikirlər gizli saxlanılmalı, şəxsi maraqlar üçün istifadə edilməməlidir. 

7. Rəyçilər müəlliflər, şirkətlər və ya təşkilatlarla rəqabət, işbirliyi və ya digər əlaqələrdən qaynaqlanan və maraqların toqquşmasına səbəb olan  əlyazmaları nəzərdən keçirməməlidirlər.

 

Müəlliflərin vəzifələri:

1. Müəlliflər araşdırmalarında əsas məlumatları dəqiq şəkildə göstərməlidirlər. Saxta və ya bilərəkdən yanlış ifadələr etik olmayan davranış kimi qiymətləndirilir və qəbuledilməzdir.

2. Müəlliflər orijinal araşdırma təqdim etməli və başqalarının əsərlərindən, fikirlərindən istifadə etdikləri hallarda onlara istinad verməlidir.

3. Eyni məqaləni birdən çox jurnala təqdim etmək qeyri-etik nəşr davranışıdır və qəbuledilməzdir. Müəllif hüququ ilə qorunan digər yerdə nəşr olunmuş əlyazmalar jurnala təqdim edilə bilməz. Bundan əlavə, jurnal tərəfindən nəzərdən keçirilən əlyazmalar yenidən müəllif hüququ ilə qorunan digər jurnallara göndərilməməlidir. Bununla bərabər, tədqiqat işini jurnala təqdim etməklə müəllif(lər) dərc olunmuş materiallara dair müəllif hüquqlarını saxlayırlar.

4. Müəllif öz nəşr etdirdiyi əsərində əhəmiyyətli bir səhv və ya qeyri-dəqiqlik aşkar etdikdə, dərhal jurnal redaktorunu və ya naşiri xəbərdar etməli, məqaləni  geri götürmək və ya düzəltmək üçün Redaksiya ilə əlaqə saxlamalıdır.

 

Rəy qaydası

Rəy qaydası aşağıdakı tələblərə uyğun həyata keçirilir:

Məqalə redaksiyaya daxil olduqdan öncə rəy qaydasına uyğunluğu yoxlanılır. Bunun üçün məqalə StrikePlagiarism antiplagiat proqramından keçirilir. Tələblərə uyğun olan əlyazma redaksiya tərəfindən baxış keçirildikdən sonra «ikitərəfli anonim rəy» qaydasına uyğun olaraq (double-blind review) elmi baxış keçirilməsi üçün jurnalın redaksiya heyətindən ixtisas üzrə iki rəyçiyə göndərilir. Rəyçilər 15 iş günü ərzində əlyazmaya elmi baxış keçirərək redaksiyaya qaytarırlar. Rəyçilər tərəfindən təqdim olunan şərhlər redaksiyada nəzərdən keçirilir və müəlliflərə aşağıdakı tövsiyələrdən biri verilir:

 - Məqalə çapa tövsiyə olundu;

 - Məqalədə düzəliş olunmalıdır;

 - Məqalə çapa uyğun olmadı.

Məqalə çapa tövsiyyə olundu: Əlyazma redaksiyanın çap tələblərinə uyğunluğunu təmin etmək üçün redaksiya tərəfindən son baxış keçirilir və qəbulu barədə müəllifə məlumat verilir.

Məqalədə düzəliş edilməlidir: Müəllifə tövsiyə olunan zəruri düzəlişlərdən sonra əlyazmanın yeni qaydasını redaksiyaya təqdim etməli olduğu məlumat verilir.

Məqalə çapa uyğun olmadı: Məqalə çapa uyğun olmadığı təqdirdə, müəllifə təqdim edilmiş rəy hesabatı göndərilir və onun məqaləsinin jurnalda çap olunmayacağı barədə əsaslı məlumat verilir.


Açıq giriş bəyanatı

Elmi məqalələrin tam mətnlərinə giriş jurnalın rəsmi internet saytının Arxivlər bölməsində təqdim olunur.


Orijinallıq və plagiat

Redaksiya müəlliflərdən gələn məqalələrin yalnız orijinalını qəbul edərək jurnalda çap edir.

Məqalədə plagiat aşkarlandıqda redaksiya tərəfindən qəbul edilmir.

Hər bir halda plagiat qeyri-etik davranış hesab edilir və istifadəsi qəbuledilməzdir

 

 

© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]