RƏNA ƏSƏDOVA
tarix üzrə fəlsəfə doktoru, dosent AMEA Tarix İnstitutu,
Azərbaycan Universiteti
ORCID : 0000-0002-0310-6201
BİRİNCİ DÜNYA MÜHARİBƏSİNİN ŞİMALİ AZƏRBAYCAN
İQTİSADİYYATINA TƏSİRİ PROBLEMİNİN TARİXŞÜNASLIĞI
Birinci dünya müharibəsi dövründə Şimali Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişikliklərdən bu və ya digər dərəcədə tədqiq edildiyi xeyli sayda tarixi ədəbiyyat mövcuddur. Onların içərisində Azərbaycan tarixində özünəməxsus yeri olan fundamental tədqiqatlar, sanballı monoqrafiyalar da vardır ki, təqdim edilən məqalədə bu əsərlərdən bəhs olunmuşdur. Ə.S.Sumbatzadə, M.Ə.İsmayılov, T.T.Vəliyev, Q.Ə.Əliyev və digər tədqiqatçıların əsərlərində XIX əsrdə və XX əsrin başlanğıcında Şimali Azərbaycanda sənayenin, kənd təsərrüfatının və nəqliyyatın inkişafı araşdırılarkən, Birinci dünya müharibəsi dövründə iqtisadiyyatda baş verən dəyişikliklər haqqında da bir sıra qiymətli fikirlər irəli sürülmüşdür.
Açar sözlər: Birinci dünya müharibəsi, Şimali Azərbaycan iqtisadiyyatı, müharibənin təsiri, tarixi tədqiqatlar.