NƏRMİN ƏKBƏRLİ
Bakı Slavyan Universiteti
MADDİ-MƏDƏNİ, DİNİ İRSİMİZİN ERMƏNİ VANDALİZMİNƏ MƏRUZ QALMASI
VƏ BU CİNAYƏTLƏRƏ YUNESKO-NUN MÜNASİBƏTİ
DOI: https://doi.org/10.36719/2708-065X/104/176-180
Məqalədə otuz il ərzində Ermənistan tərəfindən torpaqlarımızın işğalı zamanı mədəni və dini irsimizin dağıdılması, təhqir edilməsi, mənimsənilməsi, mahiyyətinin dəyişdirilməsi, mədəni sərvətlərin ölkəmizdən qeyri-qanuni çıxarılması kimi müharibə cinayətlərinin törədilməsi və bu vandalizmə beynəlxalq ictimaiyyətin xüsusilə də YUNESKO-nun münasibəti təhlil edilmişdir. Ermənistanın bu addımları beynəlxalq humanitar hüququn, xüsusilə “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının kobud şəkildə pozulması olduğu qeyd olunur.
Açar sözlər: Konvensiya, YUNESKO, vandalism, mədəni irs, müharibə.