İLKİN İBRAHİMOV

Bakı Dövlət Universitetinin magistrantı

[email protected]

 

TÜRKİYƏNİN MƏRKƏZİ ASİYADAKI YUMŞAQ GÜC SİYASƏTİ - TİKA

(Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi)

 

DOI: https://doi.org/10.36719/2708-065X/104/168-175

 

SSRİ-nin dağılması ilə yaranan türk dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələri inkişaf etdir­mək məqsədilə 1992-ci ildə Türk Əməkdaşlıq Agentliyi (TİKA) yaradıldı. Agentlik Türkiyənin yeni respublikalarda iqtisadi, siyasi, təhsil, hərbi kimi bir çox sahədə əməkdaşlığını və bölgədə artan fəaliy­yətlərini koordinasiya etmək məqsədilə yaradılıb. Məqalədə XX əsrin sonu - XXI əsrin əvvəllərində Türkiyənin Mərkəzi Asiyadakı yumşaq güc siyasətin aləti olan TİKA-nın Qazaxıstan, Özbəkistan, Türk­mənistan və Qırğızıstan kimi Türk respublikalarındakı gördüyü işlər müzakirə edilərək, Türkiyənin bu respublikalara olan siyasi baxışı TİKA-nın fəaliyyətləri kontekstində qiymətləndiriləcək. Məqalə əsasən Sedanur Şeyban "Türkiyənin Mərkəzi Asiya Türk Dövlətlərinə Olan Siyasətləri: İkitərəfli və Çoxtərəfli Münasibətlərdə Əməkdaşlığın Transformasiyası"  adlı əsəri və tarixi-siyasi ədəbiyyatlarda, xəbər saytlarında mövcud materialların toplanması, müqayisəsi və təhlili əsasında işlənilmişdir. 

Açar sözlər: TİKA, Türk dünyası, Yumşaq güc siyasəti, Mərkəzi Asiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan.



YÜKLƏ [287.43 Kb]
Baxış: 64
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]