MAHİR MƏMMƏDZADƏ

Gəncə Dövlət Universiteti

“Ümumi tarix” kafedrasının doktorantı

[email protected]

 

XXI ƏSRDƏ ATLANTİK MÜNASİBƏTLƏR:

ƏMƏKDAŞLIQ VƏ ZİDDİYYƏTLƏR

 

DOI: https://doi.org/10.36719/2708-065X/104/161-167

 

İraq böhranı fonunda Atlantik mübasibətlərdə yaranan ziddiyyətlər, növbəti mərhələdə ABŞ-da keçirilən seçkilərdə qalib gələn prezidentlərin xarici siyasət kursundan asılı olaraq azalmış, ya da artaraq kəskin hal almışdır. Xüsusilə, Donald Trampın ABŞ-ın prezidenti olduğu illərdə Atlantik mübasibətlərdə yaranan ziddiyyətlər özünü daha kəskin şəkildə büruzə vermişdir. Halbuki, ABŞ-Avropa münasibətlərində Barak Obama dövründə daha çox əməkdaşlıq, ziddiyyətlərin arxa planda qaldığı mərhələ yaşanmışdır. Bu məqalədə Corc Buşun ABŞ prezidenti olduğu dövrdən etibarən, Donald Trampın prezident olduğu dövrdə Atlantik mübasibətlərin inkişafının əməkdaşlıq göstəriciləri və ziddiyyətli cəhətləri tədqiq edilmişdir.

Bu məqsədlə, elmi tədqiqatların nəticələrindən, statistik göstəricilərdən, elmi əsərlərdən, inter­net resurslarının köməyi ilə müqayisəli təhlil, sistemli təhlil, analogiya, bixeviorist üsullardan istifadə etməklə, tədqiqatın predmeti təhlil edilmişdir.

Məqalənin əsas elmi yeniliyi ondan ibarətdir ki, Atlantik ziddiyyətlər, Amerika Birləşmiş Ştatla­rının xarici siyasət kursundan və bu kursu müəyyən edən əsas amil kimi seçkilərdə qalib gəlmiş yeni prezidentlərin mövqeyindən asılı olaraq necə dəyişdiyi müəyyən edilməyə çalışılmışdır. 

Nəticə etibarilə, Atlantik münasibətlərdə diqqəti cəlb edən mövcud problemlərlə yanaşı, D. Trampdan əvvəlki bütün ABŞ prezidentlərin, Avropa ilə müttəfiqliyin əhəmiyyətini həmişə etiraf etmiş, onun dəstəyinin ABŞ-ın dünya siyasətindəki mövqeyi üçün əhəmiyyətini dərk etmişlər. Trampın ABŞ prezidenti seçilməsi ilə birlikdə, ölkənin xarici siyasətində nəzərəçarpan dəyişikliklər ortaya çıxmış, bu dəyişikliklər Atlantik münasibətlərdə də özünü büruzə vermişdir. O, ABŞ-ın müdafiə xərcləri, açıq ticarət, çoxtərəfliliyə və beynəlxalq təşkilatlara dəstək kimi II Dünya Müharibəsindən bəri Atlantik münasibətlərin əsaslandığı prinsiplərə zidd düşən mövqe sərgiləmişdir.

Açar sözlər: Atlantik münasibətlər, Atlantik ziddiyyətlər, NATO-nun genişlənməsi, İraq böh­ranı, ABŞ-ın xarici siyasəti.



YÜKLƏ [246.22 Kb]
Baxış: 62
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]