AYTAC ŞADİYEVA

Bakı Dövlət Universiteti

Asiya və Afrika ölkələri tarixi kafedrasının doktorantı

[email protected]

 

“ƏSRİN MÜQAVİLƏSİ” VƏ YAPONİYA

 

DOI: https://doi.org/10.36719/2708-065X/104/151-155

 

Azərbaycanın XX əsr iqtisadiyyatında neft sənayesi ən önəmli yerlərdən birini tutur. Ölkəmiz 1991-ci ildə öz müstəqilliyini qazandıqdan sonra neft sənayesi vətənimizin maraqlarına xidmət etməyə başladı. Müstəqil Azərbaycanın neft sənayesində ən önəmli müttəfiqlərindən biri məhz Yapo­niyadır. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan iqtisadiyyatı, o cümlə­dən neft sənayesi yüksəlişə başlayır. Ulu Öndər Heydər Əliyevin əməyi sayəsində Yaponiya Azərbay­can neft sənayesinin və “Əsrin müqaviləsi”nin ən önəmli payçısına çevrildi. Azərbaycanın zəngin neft ehtiyatları, uğurlu siyasəti Yaponiya ilə iqtisadi əlaqələrimizin inkişafında yeni mərhələ açmış­dır. Məqalədə XX əsrin sonunda Azərbaycanla imzalanmış və neft sahəsində əməkdaşlığı özündə ehtiva edən “Əsrin müqaviləsi” və onun davamı kimi XXI əsrin əvvəllərində imzalanmış “Yeni əsrin müqaviləsi” və bu layihələrdə Yaponiyanın fəal rolundan bəhs ediləcək.

Açar sözlər: Azərbaycan, “Əsrin müqaviləsi”, Yaponiya, Heydər Əliyev, neft, SOCAR.



YÜKLƏ [209.27 Kb]
Baxış: 79
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]