MİRVARİ QURBANOVA
Bakı Dövlət Universiteti Tarix fakültəsinin doktorantı,
C.Naxçıvanski adına Hərbi liseyin müəllimi
ƏNƏNƏVİ ERMƏNİ TERROR SİYASƏTİ:
TERRORİZMİN MİLLİLƏŞDİRİLMƏSİ VƏ ERMƏNİSTAN
DOI: https://doi.org/10.36719/2708-065X/104/140-145
XX əsrin ikinci yarısında beynəlxalq təhlükəsizliyə əsas təhdidlərdən biri olaraq erməni terrorizmi türk dünyasının ciddi problemlərindən birinə çevrilmişdir. Bu ictimai məzmun daşısa da, sonradan siyasi xarakter almışdır. Belə ki, erməni tarixi böyük dövlətlərin “istixanası”nda formalaşmışdır, öz millətindən çox onların mənafeyinə xidmət etmişdir. Erməni siyasi təşkilatları təkcə siyasi mübarizə deyil, həm də silahlı mübarizə üçün planlar qurur və tapdıqları ilk fürsətdə bu planları həyata keçirirdilər. Bu proses Osmanlı İmperatorluğunun zəifləməsi ərəfəsindən başlayaraq daha sonralar Türkiyə və Azərbaycan türklərinin yaxın tarixində dərin izlər buraxan, eləcə də bu günə qədər davam edən, böyük ehtimalla gələcəkdə də davam edəcək məsələlərdəndir. Məqalədə ermənilərin Azərbaycandan separatçı tələbləri, böyük dövlətlərin məsələyə yanaşmaları və erməni terrorizmi bariz nümunəsi olan Xocalı faciəsi yerli və xarici mənbələrə istinad edilərək araşdırılmışdır.
Açar sözlər: Azərbaycan, Xocalı faciəsi, milliyyətçilik, soyqırım.