SEVDA MƏMMƏDOVA
Bakı Dövlət Universiteti,
İnformasiya və Sənəd Menecmenti fakültəsi, müəllim
ORCID 0000-0001-9469-5744
AĞILLI BİNA TEXNOLOGİYALARININ UNİVERSİTET KİTABXANALARINDA TƏTBİQ İSTİQAMƏTLƏRİ
DOI: https://doi.org/10.36719/2708-065X/104/134-139
Müasir dövrdə ev və iş şəraitini asanlaşdırmaq üçün texnologiyadan istifadə gündən-günə daha çox adi hala çevrilir. Daim inkişaf edən və dəyişən texnologiya əsasında ağıllı ev anlayışı meydana gəlmişdır. Uzaqdan idarəetmə və təhlükəsizlik sistemlərinin tətbiqi evləri daha ağıllı hala çevirməyə imkan verir. Ağıllı evlər vaxt, güvən, sürət və rahatlığa əsas verən yaşayış sahələridir. Tədqiqat işində ağıllı bina texnologiyalarının kitabxana binalarına və xidmətlərinə təsirlərini izah etmək və onların universitet kitabxanalarında təsirini araşdırmaq məqsədi ilə aparılmışdır. Bu kontekstdə smart kitabxana xidmətləri və texnologiyaları haqqında bilik və fikirləri araşdırılmışdır.
Açar sözlər: Ağıllı Kitabxanalar, Ağıllı Kitabxana Binaları, Ağıllı Kitabxana Xidmətləri, Ağıllı Bina Texnologiyaları, İot(Əşyaların İnterneti), Smart Kart.