VÜSALƏ ƏLİYEVA

Bakı Slavyan Universitetinin dosenti 

[email protected]


RUSİYA - AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNDƏ HƏRBİ-SİYASİ AMİLLƏR

 

DOI: https://doi.org/10.36719/2708-065X/104/100-109

 

Məqalə XX əsrin sonları - XXI əsrin əvvəllərində Rusiya Federasiyasının Azərbaycan Respub­likası ilə münasibətlərində hərbi-siyasi amillərin tədqiqinə həsr olunmuşdur. Məqalədə Rusiya Fede­rasiyasının Cənubi Qafqazda geosiyasi maraqları və regional siyasətində hərbi-siyasi amilin rolu və əhəmiyyətinin, hərbi-siyasi sahədə Rusiya və Azərbaycan Respublikalası arasında münasibətlərin mövcud durumu və perspektivlərinin, RF-Ermənistan hərbi-siyasi əməkdaşlığının regional təhdid mənbəyi kimi araşdırılmasına xüsusi diqqət yetirilmişdir.

Z.Bzejinskinin “Avrasiyanın Balkanları” kimi adlandırdığı, Avropa və Asiyanın qovuşduğu, enerji və nəqliyyat xətlərinin kəsişdiyi Cənubi Qafqaz regionu Soyuq müharibədən sonra müxtəlif hərbi, siyasi və təhlükəsizlik maraqları və güc mərkəzlərini özünə cəlb edən strateji məkana çevril­mişdir. Güc mərkəzləri içərisində Cənubi Qafqazı öz təsir dairəsində və nəzarəti altında saxlamağa çalışan Rusiya Federasiyası xüsusi yer tutur. RF Cənubi Qafqazda özünün geosiyasi maraqlarını reallaşdıran regional siyasətində hərbi-siyasi amillərə böyük üstünlük verir. Əvvəllərdə olduğu kimi, XXI əsrin əvvəllərində də Cənubi Qafqazda kəskin geosiyasi rəqabət şəraitində təhlükəsizlik problemi ciddi şəkildə öz aktuallığını saxlamaqdadır.

Müasir dövrdə Rusiya Federasiyasının Cənubi Qafqaz ölkələri ilə münasibətində siyasi, iqti­sadi, enerji və s. arqumentlər arasında hərbi-siyasi amillər mühüm yer tutaraq Azərbaycanın hərbi təhlükəsizlik siyasətinə güclü təsir göstərir. Müstəqilliyinin ilk illərindən Azərbaycan Respublikasının xarici siyasətlərinin əsas məqsədi regionda sülhə nail olmaq, qərb dünyasına inteqrasiya etmək, dün­ya dövlətləri və beynəlxalq təşkilatlar ilə əlaqələrini genişləndirmək olmuşdur. Eyni zamanda Azər­baycanın zəngin karbohidrogen ehtiyatlarının olması, Gürcüstanın və Türkiyənin önəmli tranzit mövqeləri, Qərb-Şərq kommunikasiya xətlərinin buradan keçməsi dünyanın nəzərlərini bu regiona yönəltmişdir. Bu baxımdan məqalə aktual olub, mühüm elmi-siyasi əhəmiyyət daşıyır.

Açar sözlər: Rusiya Federasiyası, Azərbaycan Respublikası, hərbi, siyasi, amillər.



YÜKLƏ [322.71 Kb]
Baxış: 58
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]