NƏRGİZ NAĞIYEVA

Bakı Dövlət Universiteti

siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

[email protected]

 

POSTKOLONİALİZM VƏ AZƏRBAYCAN DÖVLƏTİNİN DİL SİYASƏTİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/104/83-88

 

Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Müxtəlif dövrlərdə və müxtəlif ölkələrdə daha güclü dövlətlər başqa millətləri öz təsiri altında saxlamaq məqsədilə onların dilini unutdurmağa, hətta məhv etməyə çalışmışlar. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dillərin coğrafi paylanması müstəmləkəçilik siyasəti ilə yaxından əlaqəlidir. Sovet Ru­siyası əvvəlcə işğal etdiyi türk toplumlarının dili ilə oynadı, məhz bu səbəbdən, tarix boyu bir cəmiyyəti assimilyasiya etmək üçün ilk olaraq onun dili ilə oynadı.

Məlum olduğu kimi, dövlət dili sahəsindəki fəaliyyətə Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldiyi ilk günlərdən başlamışdır. Bu dövrdə isə SSRİ Konstitusiyasının qəbulu ilə milli dillərin sıxışdı­rılması prosesi daha da gücləndirilmişdir. Rus dilinin hüquqlarının genişləndirilməsi ilə əlaqədar “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunurdu. Azərbaycan dilinə dövlət dili statusunun veril­məsi Ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.

Açar sözlər: Azərbaycan, dil siyasəti, postkolonializm.



YÜKLƏ [200.52 Kb]
Baxış: 77
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]