PƏRVANƏ İBRAHİMOVA 

siyasi elmlər üzrə fəlsəfə doktoru, 

Bakı Dövlət Universitetinin dosenti

[email protected]

ORCID NO:0000-0002-3611-0362

 

TÜRKDİLLİ DÖVLƏTLƏR ARASINDA VAHİD İNFORMASİYA MƏKANININ YARADILMASINI ZƏRURİ EDƏN AMİLLƏR VƏ BU İSTİQAMƏTDƏ İLK ADDIMLAR

 

DOI: https://doi.org/10.36719/2708-065X/104/69-75

 

Türk dünyası dil, tarix və mədəni dəyərlər baxımından zəngin irsə malikdir. Türkdilli ölkələr arasında ümumi irsin qorunub saxlanması, qlobal səviyyədə effektiv şəkildə təbliği vahid media və xəbər axını mexanizminin işlənib hazırlanmasını zəruri etmişdir. Məqalədə Türkdilli Xəbər Agentlik­ləri Birliyi, Türkdilli Ölkələrin və Toplumların Media Forumlarının fəaliyyəti təhlil edilmiş, türkdilli ölkələrin media birliyi vahid informasiya sferasının yaradılması kontekstində nəzərdən keçirilmiş, Azərbaycan-Türkiyə Ortaq Media Platformasının yaradılması zərurətinə toxunulmuşdur. Məqalədə habelə türk cümhuriyyətlərinin paytaxtlarında keçirilən toplantıların türk mediasının qlobal informa­siya məkanına inteqrasiyasını təşviq etməklə yanaşı, medianın üzləşdiyi çətinliklərin öhdəsindən gəlmək, müasir texnoloji inkişafın yaratdığı yeniliklərə uyğunlaşmaq istiqamətində mühüm addımların atılmasına diqqət yetirilmişdir. Tədqiqat işində qeyd edilən platformaların yaranma məqsədi, fəaliyyət istiqamətləri, türk dünyasının media sektorunda əməkdaşlıq və inteqrasiya amilləri ətraflı şəkildə təhlil edilmiş, birgə layihələrin hazırlanması istiqamətində görülən işlər araşdırılaraq ümumiləşdirilmişdir.

Açar sözlər: Türkdilli dövlətlər, Türkdilli Xəbər Agentlikləri Birliyi, Ortaq Media Platforması, media forumları.



YÜKLƏ [262.19 Kb]
Baxış: 64
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]