İRADƏ NURİYEVA
Siyasi elmlər üzrə elmlər doktoru, professor
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan
ORCID ID: 0000-0002-5309-0009
POSTMÜHARİBƏ DÖVRÜNDƏ AZƏRBAYCAN RESPUBLİKASININ
İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİNDƏ YENİDƏNQURMA İŞLƏRİ
VƏ “BÖYÜK QAYIDIŞ” PROQRAMI
DOI: https://doi.org/10.36719/2708-065X/104/57-63
“Postmüharibə dövründə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yenidənqurma işləri və “Böyük Qayıdış” proqramı” adlı məqalədə postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərin infrastrukturunun bərpası, insanların öz doğma yurdlarına qayıtması, onların rifahlarının yaxşılaşdırılmasından bəhs edilir. Məşğulluğun və əmək məhsuldarlığının təmin edilməsi üzrə sistemli tədqiqatlar və müvafiq tədbirlərin həyata keçirilməsi və icrası izah edilir. Postmüharibə dövründə Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağın sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri də məcburi köçkünlərin erməni işğalından azad edilmiş torpaqlarımıza qayıtması - “Böyük Qayıdış” proqramının həyata keçirilməsidir. “Ağıllı şəhər” və “Ağıllı kənd” modelləri erməni işğalından azad edilmiş ərazilərimizin yenidən qurulması modelləridir.
Açar sözlər: Qarabağ, postmüharibə dövrü, “Böyük Qayıdış”, “Ağıllı şəhər”, “Ağıllı kənd”, məcburi köçkünlər.