GÜLŞƏN HÜSEYNOVA
Azərbaycan Hərb Tarixi Muzeyində şöbə rəisi
AZƏRBAYCAN MİLLİ QURTULUŞ HƏRƏKATININ İDEOLOQU VƏ LİDERİ MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN HƏYATI VƏ DÖVLƏTÇİLİK
FƏALİYYƏTİNƏ DAİR
DOI: https://doi.org/10.36719/2708-065X/104/49-56
Məqalədə Xalqımızın müstəqillik ideyalarının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində böyük xidmətlər göstərmiş, siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin həyatı və dövlətçilik fəaliyyəti mötəbər mənbə və ədəbiyyatlar vasitəsi ilə təhlil olunmuşdur. Dünyanın inkişaf perspektivlərini dərindən dərk edən görkəmli siyasət və dövlət xadimi M.Ə.Rəsulzadə böyük uzaqgörənliklə milli müstəqilliyimizi yenidən bərpa edərək, o zaman Şərqdə ilk dəfə çoxpartiyalı, demokratik dövlət formasında Azərbaycan Xalq Cümhuriyyətinin təməl daşını qoyanlardandır. Onun çoxşaxəli fəaliyyəti, zəngin ədəbi-siyasi irsi, elmi-nəzəri görüşləri Azərbaycan tarixinin XX əsrin birinci yarısı, xüsusilə rus imperiyasında üç inqilab (1905-1907. 1917 fevral və oktyabr) dövrü və milli, müstəqil Azərbaycanda dövlət quruluşunun yaradılması və fəaliyyəti dövrü tarixinin öyrənilməsi baxımıdan çox dəyərlidir.
Açar sözlər: Cənubi Qafqaz, müstəqillik, Azərbaycan Xalq Cümhuriyyəti, tarixi şəxsiyyətlər, soyqırımı, Qarabağ, erməni.