MUSA RƏHİMOĞLU-QULİYEV

AMEA Naxçıvan Bölməsi Tarix, Arxeologiya və

Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi,tarix üzrə fəlsəfə doktoru 

[email protected]

 

Naxçıvan Muxtar Respublikası – 100

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ QURUCULARINDAN BİRİ -

MİRZƏ VAHAB HƏSƏNZADƏ

 

DOI: https://doi.org/10.36719/2708-065X/104/43-48

 

XX əsrdə Naxçıvanın muxtariyyətini əldə etməsi bir çox tarixi mərhələlərdən keçmişdir. Çar hökumətinin 10 aprel 1840-cı il islahatına əsasən, 1841-ci il yanvarın 1-də Gürcüstan-İmeretiya qu­berniyasının tərkibində Naxçıvan qəzası yaradılmışdı. Mərkəzi Naxçıvan şəhəri olan Naxçıvan qəzası 1920-ci ildə yaradılmış Naxçıvan Sovet Sosialist Respublikasının, 1923-cü il fevralın 27-dən Naxçı­van ölkəsinin (diyarının), 1924-cü ildən isə Naxçıvan MSSR-in tərkibinə daxil olmuş və 1929-cu ildə ləğv edilib. Muxtariyyətin qazanılması ərəfəsində və qazanıldığı dövrdə naxçıvanlılar hər sahədə ciddi mübarizə aparmışlar. Belə ki, 1918-ci illərdə azğın düşmənlə - erməni daşnakları ilə qəhrə­manlıqla döyüşən naxçıvanlılar, sonralar bir çox sahələrdə, o cümlədən maarifçiliklə, yeni məktəblə­rin yaradılmasında ciddi fəaliyyət göstərmişlər. Naxçıvanı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qoruyan naxçıvanlılar, sonralar Naxçıvan Muxtar Respublikasının yaradılmasında da var qüvvələri ilə çalışmışlar. Məqalədə bu istiqamətdə görkəmli siyasi xadim və ensiklopedik alim Mirzə Vahab Həsənzadənin fəaliyyəti təsvir edilir. O, 1919-cu ildən 1934-cü ilədək Naxçıvanın siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak etmişdir.

Açar sözlər: Naxçıvan, Ordubad, ensiklopedik alim, muxtariyyət, Naxçıvan maarif komissarı.



YÜKLƏ [231.71 Kb]
Baxış: 64
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]