ÜLVİ ZƏRBƏLİYEV
Gəncə Dövlət Universitetinin əyani doktorantı
AZƏRBAYCAN QARAQOYUNLU ORDUSUNDA
MÜHASİRƏ SİLAHLARI VƏ VASİTƏLƏRİ
DOI: https://doi.org/10.36719/2708-065X/104/10-15
XV əsrin başalnğıcında Qara Yusifin başçılığı altında Qaraqoyunlular Azərbaycanda Əmir Teymurun varisləri arasında mövcud olan qarşıdurmadan məharətlə istfadə edərək Teymuri Əbu Bəkri və atası Miranşahı ağır məğlubiyyətə uğradaraq Azərbaycanda Teymuri ağalığına son qoydu. Mərkəzi Təbriz şəhəri olan Azərbaycan Qaraqoyunlu dövləti yarandı. Qaraqoyunlu ordusunun əsas zərbə qüvvəsini süvari qoşunlar təşkil etdə sə, ayrı-ayrı şəhər və qalalrın fəth olunmasında mühasirə silahlarından geniş istifadə edilmişdi.
Orta əsrlər dövrünün görkəmli Azərbaycan tarixçisi Həsən bəy Rumlu “Azərbaycan padşahı Qara Yusifin” Azərbaycan şəhər və qalalrını azad etmək üçün Teymuri ordusuna qarşı apardığı mübarizədə dövrünün mühasirə silah və vasitələrindən istifadə etdiyini bildirir. Şübhəsiz ki, mühasirə silahları olan mancanaqlardan, arradələrdən, döyüş qülləri, nərdivan və kəməndlərdən məharətlə istifadə olunması düşmən üzərində qələbəni təmin etmiş, şəhər və qalalarımız onlardan azad edimişdi.
Açar sözlər: Azərbaycan, Qara Yusif, Qaraqoyunlu ordusu, Teymurilər, mancanaq, döyüş qülləsi.