AYNUR ORUCOVA
Azərbaycan Milli Elmlər Akademiyası
Tarix və Etnologiya İnstitutu, elmi işçi, dissertant
aynur.orucova1995@gmail.com
ORCID ID : 0000-0002-1417-236X
VENESİYA ELÇİLƏRİ AĞQOYUNLU VƏ SƏFƏVİ SARAYLARINDA
(XV ƏSRİN II YARISI – XVI ƏSRİN I YARISI)
DOI: https://doi.org/10.36719/2708-065X/104/16-23
Qonaqpərvərlik Azərbaycan xalqının həyatının ayrılmaz hissəsidir. Bu ənənə təkcə ictimai həyatla bağlı deyil, həm də siyasi və diplomatik mədəniyyətin xarakterik xüsusiyyətidir. Ona görə də tarix boyu Azərbaycan hökmdarları dost ölkələrin diplomatları və səfirləri ilə xüsusi siyasi mədəniyyət qaydalarına uyğun davranmışlar. XV əsrin ikinci yarısından başlayaraq diplomatik tariximizdə Avropa dövlətləri ilə əlaqələr yaranmışdır. Ölkəmizə gələn Venesiya səfirləri göndərildikləri ölkələrin hökmdarları tərəfindən hörmət və rəğbətlə qarşılanırdı. Onlar üçün hər cür qorunma təşkil edilmişdi. Bu məqalədə XV əsrin ikinci yarısı-XVI əsrin birinci yarısında Venesiya səfirlərinə münasibət təhlil edilir. Səfirlərə münasibət onların səyahət kitablarından və məktublarından nümunə götürülərək təhlil edilir.
Açar sözlər. elçi, Venesiya, Uzun Həsən, Kontarini, I Şah Təhmasib, Membre