NƏRMİN QOCAYEVA 

Bakı Dövlət Universitetinin

“Azərbaycanın qədim və orta əsrlər tarixi” ixtisası üzrə II kurs magistrantı

[email protected]

 

SULTAN SÜLEYMANIN “İRAQEYN” SƏFƏRİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/104/24-29

 

İraqeyn” sözü ərəb sözü olub, “iki İraq” mənasını verir. Bu bölgə Həmədandan başlayır və Təbriz, Mosul və ətrafını əhatə edir. Osmanlı sultanının 1533-1535-ci illər yürüşü Azərbaycanla yana­şı Ərəb və Əcəm İraqını əhatə etdiyi üçün tarixə «İraqeyn» yürüşü kimi daxil olmuşdur [19, s.62]. Qanuni Sultan Süleymanın Səfəvi dövlətinə qarşı ilk yürüşü olan «İraqeyn səfəri» XVI əsr türk siyasi və hərb tarixinin mühüm hadisəsi idi. Ərəb İraqı həm Səfəvilər, həm də Osmanlılar üçün siyasi, iqtisadi və dini səbəblərdən əhəmiyyətli olan ərazi idi. Səfəvilər üçün bu bölgənin əhəmiyyəti həm də burada sıx şiə əhalisinin yaşaması idi. Hər şeydən əvvəl Hz. Əlinin məzarı yerləşdiyi güman edilən və atabat hakimiyyəti kimi təsvir edilən Nəcəf və Kərbəla da daxil olmaqla digər imamların məzarlarının yerləş­diyi Kazimiyə və Samarra kimi şəhərlər Səfəvilər üçün mühüm əhəmiyyət kəsb edirdi [14, s.158-163]. Osmanlılar üçün Ərəb İraqı torpaqlarının fəthi Suriya və Misirin təhlükəsizliyi üçün mühüm əhəmiyyət və zərurət kəsb edirdi. Siyasi, hərbi və iqtisadi faktorlardan başqa, Ərəb İraqı ərazisi həm sünni, həm də şiə müsəlmanlar üçün də dini əhəmiyyət kəsb edirdi və mühüm təbliğat vasitəsi kimi bu yerlərə sahib olmaq hər iki dövlət üçün vacib idi.

Bir sözlə, hər iki dövlət üçün əhəmiyyətli olan Ərəb İraqında Osmanlı və Səfəvi dövlətləri ara­sında münaqişə ocağının alovlanması qaçınılmaz idi. Hakimiyyətinin ilk dövrlərində Avropa məsələ­ləri ilə məşğul olmaq məcburiyyətində qalan Sultan Süleyman 1532-ci ildə Avstriya ilə müqavilə bağladı. Sülh bağlandıqdan sonra bütün qüvvəsini şərqə çevirdi və böyük bir səfərə hazırlaşmağa başladı.

Açar sözlər: Səfəvilər, Osmanlılar, Şah I Təhmasib, Sultan I Süleyman Qanuni, Ərəb İraqı.



YÜKLƏ [226.57 Kb]
Baxış: 64
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]