İSMAYIL HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri, Akademik
Naxçıvan Muxtar Respublikası – 100
NAXÇIVAN DİYARINDA HƏRBİ-SİYASİ VƏZİYYƏT VƏ MUXTARİYYƏT STATUSUNUN ƏLDƏ EDİLMƏSİ (1917-1921-ci illər)
DOI: https://doi.org/10.36719/2708-065X/104/30-42
Məqalədə 1917-1921-ci illərdə Naxçıvan diyarında hərbi-siyasi vəziyyət, Rusiyada baş verən siyasi hadisələrin Cənubi Qafqaza, eləcə də Naxçıvan diyarına təsiri, hakimiyyət strukturlarının yaradılması, Cənubi Qafqazda müstəqil dövlətlərin yaranması, osmanlı hərbi heyətinin Naxçıvana gəlməsi, ingilis və amerikan hərbi nümayəndələrinin ikili siyasəti, Naxçıvan diyarını Ermənistana vermək cəhdləri, Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqələrin möhkəmlənməsi kimi məsələlərdən bəhs edilir. Burada Sovet Rusiyasının ikili siyasəti, Naxçıvanın sovetləşməsi, Gümrü, Moskva və Qars müqavilələri, Naxçıvan diyarının muxtariyyət statusu qazanması və Azərbaycanın himayəsində qalmasına aid məsələlər də tədqiqata cəlb edilmişdir.
Açar sözlər: Rusiya, Cənubi Qafqaz, Xüsusi Zaqafqaziya Komitəsi, Zaqafqaziya Seymi, Azərbaycan, Naxçıvan, muxtariyyət.