ƏLVİDA RƏHİMOV

Bakı Dövlət Universitetinin doktorantı

[email protected]

 

AHISQA (MESXETİ) TÜRKLƏRİNİN MƏDƏNİ HƏYATI

 

Ahısqa Türkiyənin şimal-şərq sərhəddində, Gürcüstana bağlı bir bölgənin tarixi mərkəzidir. Ahısqa və ətrafı da çox qədim türk bölgəsidir. Tarixi mənbələr eramızdan əvvəlki dövrdə burada türk­lərin yaşadığını göstərir. Bu bölgə 1578-ci ildə Osmanlı İmperatorluğuna qatılıb və 1828-ci il müha­ribələrində rusların əlinə keçib. O gündən bu günə qədər bölgənin taleyi gülməyib, əsirlikdən əsarətə sürüklənib. 1940-cı illər Sovet İttifaqının müharibə illəri idi. Stalin idarəsi Ahısqa türklərini cəbhəyə apardı. O, kənd və şəhərlərdə yaşayan insanları da qış günü qeyri-insani şəraitdə, qeyri-insani üsullar­la Orta Asiya ölkələrinə aparırdı. İllərcə düşərgələrdə yaşayan Ahıska türkləri düşərgə həyatından sonra sürgündən qaça bilməyib, uzun mübarizəyə baxmayaraq vətənlərinə dönə bilməyiblər.

Açar sözlər: Ahısqa türkləri, mədəniyyət, ailə, adət-ənənə, geyim, yemək, din.



YÜKLƏ [661.05 Kb]
Baxış: 67
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]