YUSİF ƏSƏDULLAYEV
Bakı Dövlət Universitetinin
Kitabxana-informasiya resurslarının idarə
edilməsi kafedrasının doktorantı
KİTABXANALAR VƏ ELMİ KOMMUNİKASİYA SİSTEMİ
DOI: https://doi.org/10.36719/2708-065X/105/193-197
Məqalədə elmi kommunikasiya sisteminin dövrlər üzrə təhlili verilmişdir. Elmi kommunikasiya sisteminin əsas komponentləri, onların ayrı-ayrı dövrlərdə dəyişikliklərə məruz qalması, sistemə yeni elementlərin daxil olunması məsələləri göstərilmişdir. Eyni zamanda elmi sənəd axınının strukturunda baş verən dəyişikliklərin kitabxanalara təsiri göstərilmişdir. Müasir akademik və elmi kitabxanaların elmi kommunikasiya sistemindəki digər elementlərlə əlaqələri aşkar edilmiş və yeri müəyyən edilmişdir.
Kitab çapından əvvəl elmi kommusikasiya sisteminin əsas elementi kimi müəllif, kitabxana, və oxucu çıxış edirdi, lakin kitab çapının kəşf edilməsi elmi kommunikasiya sisteminə yeni element olan nəşriyyatı daxil edərək sistemə əsaslı şəkildə təsir göstərdi. XX-ci əsrin ikinci yarısımda telekommunikasiya vasitələrinin sürətli inkişafı nəticəsində yeni elementlər elmi kommunikasiya sisteminə daxil olmuş və elementlərin arasındakı əlaqələr miqdarca artmışdır.
Açar sözlər: elmi kommunikasiya, kommunikasiya sistemi, kitabxana, sənəd axını, elektron nəşr.