ÜLFƏR MƏMMƏDLİ
Bakı Dövlət Universitetinin
Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi
kafedrasının doktorantı
YUQOSLAVİYANIN DAĞILMASINDAN SONRA
BALKANLARDA BÖYÜK GÜCLƏRİN SİYASƏTİ
DOI: https://doi.org/10.36719/2708-065X/105/187-192
Soyuq müharibədən sonra Yuqoslaviya Federativ Respublikasının dağılması ilə Balkanlarda hakimiyyət boşluğu yarandı. Etnik cəhətdən fərqliliklə diqqət çəkən Balkan coğrafiyasının bir baxımdan zənginlik olaraq görülə bilən bu xüsusiyyəti bu gün regiondakı problemlərin əsas qaynağıdır. Balkanların yeni dövrdə böhranlarla dolu bir həyata girməsi mübahisələrə səbəb oldu və təsir üçün açıq bir coğrafiyaya çevirdi. Keçmişdən bəri daima böyük güclərin əsarəti altına almaq istədiyi bu bölgədə güc boşluğunu doldurmaq üçün bir çox güc ön plana çıxdı və siyasətlərini bu bölgəyə uyğun həyata keçirməyə başladılar. Başda Türkiyə olmaqla Rusiya, ABŞ Çin və.s kimi güclər siyasi, hərbi, iqtisadi, mədəni siyasətləri ilə bölgə də nüfuz sahibi olmağa çalışmış və bir-biriləri ilə rəqabətdə olmuşdurlar. Bu kontekstdə çalışmamızın əsas məqsədi böyük güclərin Balkanlardakı siyasətini təhlil etməkdir.
Açar sözlər. Balkanlar, böyük güclər, strateji bölgə, duel meydanı, etnik qarşıdurmalar.