QƏNİRƏ MİRZƏXANLI
Bakı Dövlət Universitetinin
“Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasının doktorantı
HEYDƏR ƏLİYEV FONDUNUN MADDİ-MƏNƏVİ XƏZİNƏSİ.
HEYDƏR ƏLİYEV MUZEYİ
Məqalədə Heydər Əliyev Fondunun yaranması haqda məlumat verilir, daha sonra, burada Fondun tərkibində təsis olunmuş və bu günədək fəaliyyət göstərən Heydər Əliyev muzeyindən bəhs olunur. Heydər Əliyev muzeyindəki eksponatlar Ümummili lider Heydər Əliyevin mədəni həyatı və siyasi fəaliyyətindən məlumat verir. Məqalədə əsas diqqət verilən məsələ muzeyin yaradılmasının məqsədi və onun Azərbaycan tarixinə verdiyi töhfədir. Belə ki, burada yer alan Heydər Əliyevin şəxsi əşyaları, ailə fotoalbomu, o cümlədən, yaradıcılığından bəhs edən fotoşəkilləri, siyasi fəaliyyəti ilə bağlı eksponatlar, buranı ziyarət edən qonaqlara müasir müstəqil Azərbaycan dövlətinin qurucusundan, Vətən tarixinin Ulu Öndər ilə bağlı dövründən, onun tariximizdə qoyduğu izdən, sonrakı nəsillərə saxladığı irsdən bəhs edir. Həmçinin məqalədə Heydər Əliyev muzeyinin yaranma tarixindən başlayaraq bu günədək etdiyi fəaliyyətdən bəhs olunur. Buradakı önəmli məsələlərdən biri, Fondu ziyarət edən qonaqların Heydər Əliyev Fondunun maddi-mənəvi xəzinəsi olan muzeylə tanış olmasıdır. Nəticədə Fondun təşəbbüsü ilə yaranan Heydər Əliyev muzeyinin tariximizin Ulu Öndər ilə bağlı hissəsinin əyani əsaslarla öyrənilməsinin əhəmiyyəti vurğulanıb.
Açar sözlər: Heydər Əliyev Fondu, muzey, Heydər Əliyev irsi, müstəqil Azərbaycan, xatirə kitabı.