SƏBİNƏ HƏSƏNOVA

Bakı Dövlət Universitetinin doktorantı

[email protected]

 

MÜASİR DÖVRDƏ ÇEXİYA VƏ AZƏRBAYCAN RESPUBLİKALARI

ARASINDA MÜNASİBƏTLƏR

 

DOI: https://doi.org/10.36719/2708-065X/105/174-180

 

Çexiya və Azərbaycan Respublikaları arasında qarşılıqlı əlaqələr uzun ənənəyə sahibdir. Müs­təqillik bərpa olunduqdan sonra hər iki dövlətin tarixində münasibətlərin yeni səhifəsi açılmışdır. Dövlətlərimiz arasında ikitərəfli siyasi, iqtisadi və humanitar əlaqələrin müxtəlif cəhətləri Azərbay­canın regionda vacib tərəfdaş olduğunu sübut edir. 1992-ci ilin 8 yanvarında Azərbaycanın müstəqil­liyini tanıyan rəsmi Praqa respublikamızın müstəqilliyinin möhkəmlənməsinə mühüm töhfə verməklə yanaşı, Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanla əməkdaşlığa yüksək marağını nümayiş etdirmişdir. Diplomatik münasibətlər isə 29 yanvar 1993-cü ildə qurulmuş, sonrakı illərdə bir sıra sahələrdə faydalı əməkdaşlıq əlaqələri yaradılmışdır. İki post-sosialist ölkəsi arasında əlaqələr son illərə qədər intensiv xarakter daşımamış, əməkdaşlığın müqavilə-hüquq bazası cəmi 10 sənədlə məh­dudlaşmışdır. Ulu öndərin xarici siyasət kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də Çexiya ilə münasibətlərə mühüm önəm verir. Dost ölkənin Prezidetinin Azərbaycana səfər proqramı­nın uğurlu nəticəsi kimi əldə olunmuş bir sıra razılaşmalar bunun əyani təzahürüdür. Dövlətlərarası müzakirələr zamanı müxtəlif beynəlxalq və regional məsələlərdə eyni mövqedən çıxış edən Çexiya və Azərbaycan arasında münasibətlərin dərinləşdirilməsi üçün potensialın mövcudluğu aşkarlanmışdır.

Açar sözlər: Azərbaycan Respublikası, Çexiya, xarici siyasət, əməkdaşlıq.



YÜKLƏ [231.98 Kb]
Baxış: 110
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]