NƏRGİZ NAĞIYEVA
siyasi elmlər üzrə fəlsəfə doktoru,
Bakı Dövlət Universitetinin dosenti
MÜASİR ŞƏRAİTDƏ KOLONİALİZMİN İFADƏ FORMALARI
DOI: https://doi.org/10.36719/2708-065X/105/153-158
Kolonializm siyasi hadisəsi dünya tarixşünaslığında kifayət qədər əsaslı şəkildə araşdırılmış, bu sahədə xeyli sayda monumental, əsaslı nəzəri tədqiqat əsəri yazılmışdır. Bu əsərlərin hamısını sadalamağa ehtiyac olmasa da, E.V.Tarlenin, Vijay Mişra və Bob Hodqenin kolonializmin tarixi və nəzəri əsərləri xüsusi olaraq qeyd edilməlidir. Kolonializm bir siyasi fenomen kimi qədim tarixə malikdir. Bu siyasi və iqtisadi hadisə lap qədim dövrlərdə də dünyanın müxtəlif ərazilərində mövcud olmuş, zamana və məkana görə öz forma və məzmununu dəyişərək bu günə qədər mövcudluğunu davam etdirməkdədir. Qədim Şərqdə, antik dövr, orta əsrlər və intibah dövrlərində Avropada kolonializm müəyyən mənada bəsit (primitiv) səciyyə daşımış, yalnız XVII əsrin əvvəllərindən etibarən, demək olar ki, Qərb dünyasının rəsmi siyasəti şəklinə düşmüşdür.
Açar sözlər: postkolonializm, müstəmləkəçilik, Qərb, modernizm, orientalizm, Edvard Səid.