QURBAN MƏMMƏDOV
Bakı Dövlət Universitetinin dosenti
qurbann.mammadov@mail.ru
YAXIN ŞƏRQDƏ GEOSİYASİ MARAQLARIN TOQQUŞMASI
MİLLİ MƏTBUATIN GÜNDƏMİNDƏ
DOI: https://doi.org/10.36719/2708-065X/105/140-147
Minilliklərin qovşağında strateji və geosiyasi əhəmiyyətli mövqelərə malik, dünyanın enerji resursları ilə təminatında mühüm rol oynayan, beynəlxalq və regional kommunikasiya xəttlərinin qovşağında yerləşən və Qərbin inkişaf etmiş ölkələri üçün böyük bazar olan Yaxın və Orta Şərq regionu ətrafında “böyük oyunların” başlaması təsadüfi deyildi. Dünyanın cahangir dövlətləri regionun enerji resurslarını, xammal mənbələrini və bazarlarını bölüşdürmək uğrunda amansız mübarizəyə başlamışdılar ki, bu mübarizə mümkün hərbi-siyasi yollarla aparılırdı. Bu bölgüdə üç başlıca dövlət – ABŞ, Çin və Rusiya iştirak etsə də, ABŞ hegemonluğu əldən verməməyə, digər dövlətləri ümumiyyətlə regiondan sıxışdırıb çıxarmağa çalışırdı ki, bunun üçün müxtəlif layihələrdən, üsul və vasitələrdən istifadə edirdi.Regionda gedən proseslər dünyanın bütün kütləvi informasiya vasitələrinin, sosial şəbəkələrin, o cümlədən də milli mətbuatın diqqət mərkəzində idi və qalmaqdadır. Müəyyən çatışmazlıqlara baxmayaraq milli mətbuat analitik təhliillər apararkən bir tərəfdən Azərbaycan Respublikasının geosiyasi maraqlarından çıxış edir, digər tərəfdən isə bitərəf mövqe sərgiləməklə baş verməkdə olanları analiz etməyə çalışırdı ki, məqalədə qarşıya qoyulmuş məqsədə uyğun olaraq araşdırmalar aparılır.
Açar sözlər: Yaxın və Orta Şərq, böyük dövlətlər, milli mətbuat, geosiyasi rəqabət, enerji resursları, demokratiya, sərhədlərin dəyişdirilməsi, hərbi-siyasi mübarizə, yeni qüvvələr tarazlığı, puç olmuş arzular.