GÜLARƏ ABBASOVA
Fəlsəfə üzrə fəlsəfə doktoru,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, “İctimai fənlər” kafedrası
ORCID ID: 0009-0009-8088-4830
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN İQTİSADİ İNKİŞAFI
DOI: https://doi.org/10.36719/2708-065X/105/110-115
AXC qonşuluğa mühüm iqtisadi faktor kimi baxırdı. Demokratik respublikanın xarici iqtisadi əlaqələrinin formalaşması baxımından Azərbaycan və Gürcüstan respublikaları arasında bağlanan müqavilə hüquqi və iqtisadi sənəd kimi diqqəti cəlb edir.
AXC-nin iqtisadiyyatın dövlət tənzimlənməsi sahəsində təcrübəsi də maraq doğurur. Dövlət sektoruna dövlətin iqtisadiyyata təsirinin amili kimi baxılırdı. Mülkiyyət çoxnövlüyü təmin edilərkən dövlət mülkiyyətinə xüsusi əhəmiyyət verilirdi. Belə hesab olunurdu ki, dövlətin gücü təkcə onun qanunvericilik fəaliyyətində deyil, dövlət mülkiyyətinin güclü olmasındadır.
Açar sözlər: Azərbaycan Xalq Cümhuriyyəti, iqtisadi islahatlar, iqtisadi əlaqələr, dövlət quruculuğu, sosial-iqtisadi inkişaf , iqtisadi-ticarət əlaqələri.