MAHİRƏ ƏZİZOVA

t.ü.f.d, Bakı Slavyan universiteti 

Diplomatiya və xarici siyasət kafedrası

[email protected]

 

İŞĞALDAN SONRA ÇAR RUSİYASININ

DƏRBƏNDDƏ HƏYATA KEÇİRDİYİ GÖMRÜK – KARANTİN SİYASƏTİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/105/94-100

 

Rusiya beynəlxalq ticarət yollarının kəsişdiyi Dərbəndə ilk növbədə Qacar İranı ilə ticarət əla­qələrində mühüm liman şəhəri kimi baxırdı. Buna görə də Dərbənddə gömrük sisteminin təşkili məsələsi şəhərin ruslar tərəfindən işğalının ilk günlərindən gündəmə gəlmişdi. Təqdim olunan məqa­lədə Qafqaz Arxeoqrafiya Komissiyasının aktları, eləcə də bu problemə dair ədəbiyyatın verdiyi məlumatlar əsasında Dərbənddə gömrük, gömrük-karantin işinin təşkili problemi araşdırılmışdır.

Araşdırma zamanı belə nəticəyə gəlinmişdir ki, Rusiya imperiyasının Cənubi Qafqazdakı göm­rük sistemində xüsusi yer tutmuş Dərbənd gömrük-karantin hissəsinə Qacar İranı və Osmanlı Türki­yəsindən imperiyanın daxili quberniyalarına qaçaqmalçılıq yolu ilə müxtəlif malların daxil olması­nın, eləcə də müxtəlif yoluxucu xəstəliklərin qarşısının alınması kimi vacib funksiyalar həvalə edil­mişdi.

Açar sözlər: Rusiya imperiyası, gömrük siyasəti, Cənubi Qafqaz, Dərbənd gömrükxanası.



YÜKLƏ [234.73 Kb]
Baxış: 107
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]