SAMİR İSMAYILOV
Bakı Dövlət Universitetinin dosenti
ÇAR RUSİYASI DÖVRÜNDƏ QƏRBİ AZƏRBAYCANDA
ŞƏHƏR MƏKTƏBLƏRİ
DOI: https://doi.org/10.36719/2708-065X/105/90-93
Məqalədə çar Rusiyası dövründə Qərbi Azərbaycan torpaqlarında fəaliyyət göstərən şəhər məktəblərindən bəhs olunur. Aparılan araşdırmalar göstərir ki, çar Rusiyası ilə Qacarlar arasında Azərbaycan əraziləri ikiyə parçalandıqdan sonra keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində məktəb və maarif sisteminin inkişafında müəyyən irəliləyişlər baş verdi. Keçmiş dini təhsil ocaqları tədricən dünyəvi məktəblərlə əvəz olundu. Bölgədə əvvəlcə qəza məktəbləri, XIX əsrin ortalarından etibarən isə İrəvan quberniyasının qəza şəhərlərində şəhər məktəbləri açıldı. Belə məktəblər sırasında İrəvan şəhər məktəbi, Aleksandropol şəhər məktəbi, Naxçıvan və Ordubad şəhər məktəbləri var idi. Bütün bunlar məqalədə araşdırılaraq, şəhər məktəblərinin sayı, şagird kontingenti, məqsədi haqqında məlumat verilir.
Açar sözlər: Qərbi Azərbaycan, məktəb, şəhər, İrəvan, Naxçıvan, Ordubad, islahat.