BALAMİRZƏ MƏMMƏDLİ

Bakı Dövlət Universitetinin doktorantı

[email protected]

 

HEYDƏR ƏLİYEVİN İKİNCİ PREZİDENTLİYİ DÖVRÜNDƏ

AZƏRBAYCAN-ABŞ MÜNASİBƏTLƏRİ VƏTƏN TARİXŞÜNASLIĞINDA

 

DOI: https://doi.org/10.36719/2708-065X/105/63-73

 

XX əsr ilə XXI əsrin ayrıcında gənc Azərbaycan Respublikasının dünyanın yeganə fövqəldövlə­ti və qlobal miqyasda nəhəng güc mərkəzi ABŞ ilə münasibətləri Ulu Öndər Heydər Əliyevin ikinci prezidentliyi dövrünə təsadüf edir. Bu mühüm periodda nəinki ABŞ ilə münasibətlərdə, bütövlükdə müstəqil Azərbaycan Respublikasının xarici siyasətində nəzərəçarpacaq müsbət dəyişikliklər baş ver­mişdir. Əgər Azərbaycanın öz müstəqilliyini əldə etdiyi ilk illərdə Azərbaycan-ABŞ münasibətləri da­ha çox anlaşılmaz və mürəkkəb xarakter kəsb edirdisə [25, s.64], müdrik və uzaqgörən dövlət xadimi Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ikitərəfli əlaqələr müsbət tendensiya üzrə əhəmiyyətli dərəcədə inkişaf etdirilməyə başlanılmış və iki ölkə arasında münasibət­lər strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlmişdir. Xüsusilə, bütün dünyanı lərzəyə salan 2001-ci ilin 11 sentyabr hadisəsindən sonra ABŞ-ın rəhbərliyi ilə başlanan antiterror kampaniyasına Azər­baycanın dərhal qoşularaq ABŞ-ı dəstəkləməsi qarşılıqlı əlaqələrə böyük təsir göstərdi. Vətən tarix­şünaslığında Azərbaycan-ABŞ münasibətlərinin bəhs olunan periodu (1998-2003-cü illər) çoxsaylı tədqiqatçıların əsərlərində geniş şəkildə öz əksini tapmışdır. Məqalədə sözügedən problemin Vətən tarixşünaslığı üzrə tədqiqat əsərlərinin müqayisəli təhlili və ümumiləşdirmələr əsasında Azərbaycan-ABŞ münasibətlərinin 5 ili tədqiq edilir. 

Açar sözlər: Azərbaycan Respublikası, ABŞ, Heydər Əliyev, Corc Buş (kiçik), xarici siyasət, beynəlxalq münasibətlər, antiterror kampaniyası, Vətən tarixşünaslığı.



YÜKLƏ [397 Kb]
Baxış: 183
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]