NATİQ MÜRSƏLOV
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrası
DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI VƏ
AZƏRBAYCANDA KİTABXANA İŞİNİN HÜQUQİ PROBLEMLƏRİ
Məqalədə dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə Azərbaycan Respublikasında vətəndaş cəmiyyətinin aktual problemlərindən biri olan kitabxana işinin hüquqi problemləri tədqiqata cəlb olunur. Tarixi aspektdən kitabxana işi sahəsində dövlət siyasətinin əsasını təşkil edən qanunvericilik sisteminin əsas mənbəyi olan Azərbaycan Respublikasının konstitusiyasının hüquqi mexanizmləri dəqiq müəyyən olunaraq müasir dövrün tələbləri səviyyəsində inkişafı məqsədilə müqayisəli təhlili aparılır. Müstəqillik illərində ölkənin kitabxana işi sahəsində dövlət siyasətinin hüquqi bazası olan konstitusiyanın müvafiq maddələrinin öyrənilməsinin və geniş təbliğinin vacibliyi əsaslandırılır. Bu mühüm maddələrin əsas cəhətlərinin araşdırılması müstəqillik dövründə milli kitabxanaşünaslıq elminin prioritet vəzifələrindən biri kimi diqqətə çatdırılır. Qeyd olunan aktual problemə həsr edilmiş bu məqalədə müəllifin məqsədi Azərbaycanda kitabxana işi sahəsində dövlət siyasətinin əsas hüquqi mənbəyi olan konstitusiyada vətəndaşların təsbit olunmuş hüquqlarının hərtərəfli elmi təhlilini verməkdir. Bu ali hüquqi sənəddə kitabxana işinə dair müəyyən edilmiş müvafiq müddəaların təhlili nəzəri və təcrübi baxımdan tarix, hüquqşünaslıq və kitabxanaşünaslığın elmi metodologiyasına əsaslanır. Kitabxana işi ilə bağlı vətəndaşların konstitusion hüquqları ilk dəfə məhz bu məqalədə elmi-nəzəri cəhətdən müfəssəl şəkildə təhlil olunur.
Açar sözlər: dövlət siyasəti, yaradıcılıq, əqli mülkiyyət, mədəniyyət hüququ, kitabxanaçılıq təhsili.
YÜKLƏ
[651.33 Kb]
Baxış:
85