SƏİDƏ QULİYEVA
Bakı Dövlət Universiteti,
Dünya azərbaycanlıları: tarixi demoqrafiya ETL, dosent
ORCİD İD: 0000-0003-4320-3425
HЕYDƏR ƏLİYЕVİN ERMƏNİ FAŞİZMİNƏ QARŞI MÜBARİZƏSİ:
İNSAN AMİLİ VƏ GENEFONDUN QORUNMASI[1]
DOI: https://doi.org/10.36719/2708-065X/105/54-58
Məqalənin əsas məqsədi görkəmli dövlət xadimi Heydər Əliyevin erməni faşizminə qarşı mübarizədə insan amilinə xüsusi əhəmiyyət verməsini araşdırmaqdır. Bunun üçün genefondun qorunması və müharibə nəticəsində yaranan demoqrafik problemlərin həlli istiqamətində dövlət siyasəti tədqiqata cəlb olunmuşdur. Əldə edilən materiallar əsasında belə qərara gəlinir ki, Heydər Əliyev tərəfindən həyata keçirilən tədbirlərin davam etdirilməsi nəticəsində Azərbaycan regionda lider dövlətə çevrilmiş və Qafqazda erməni faşizmi məhv edilmişdir.
Açar sözlər: Heydər Əliyev, Azərbaycanın əhalisi, Azərbaycan ordusu, erməni faşizmi, Azərbaycan xalqının mübarizəsi, əhali artımı, tarixi demoqrafiya, genefondun qorunması.
[1] Məqalə 8 may 2021-ci ildə Bakı Dövlət Universitetində təşkil edilmiş “Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və inkişafında Heydər Əliyevin rolu” adlı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş respublika elmi konfransında “Hеydər Əliyеvin erməni faşizminə qarşi mübarizəsi: demoqrafik problemlərin tənzimlənməsi üçün həyata keçirilən tədbirlər” mövzusunda məruzə əsasında hazırlanmışdır.