NAZİM MƏMMƏDOV
Azərbaycan Milli Elmlər Akademiyası
A.A.Bakıxanov adına tarix İnstitutunun
“Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı”
şöbəsinin baş elmi işçisi, t.e.d., dosent.
AZƏRBAYCANIN DAĞLIQ QARABAĞ BÖLGƏSİNƏ ERMƏNİSTANIN ƏSASSIZ ƏRAZİ İDDİALARI VƏ HEYDƏR ƏLİYEV QƏTİYYƏTİ (XX əsrin 60-70-ci illəri)
DOI: https://doi.org/10.36719/2708-065X/105/28-38
Heydər Əliyev erməni millətçilərinin niyyətlərini yaxşı anlayır, Dağlıq Qarabağın iqtisadi və sosial-mədəni inkişafına böyük önəm verir, qayğı göstərirdi. Heydər Əliyevin ağıllı və uzaqgörən siyasəti nəticəsində partiya və sovet orqanlarının, ictimai təşkilatların fəaliyyətlərinin düzgün təşkili erməni separatçıları kütləvi çıxışlardan çəkindirirdi. Qarabağ məsələsi 20-ci əsrin 60-70-ci illərində yenidən gündəmə gətirilsə də, onun qarşısı Heydər Əliyev tərəfindən qətiyyətlə alındı.
Açar sözlər: Heydər Əliyev, Azərbaycan, Dağlıq Qarabağ, seperatizm, milli siyasət, Ermənistan.