QABİL ƏLİYEV
tarix elmləri doktoru, professor
Bakı Dövlət Universiteti,
Azərbaycan Universiteti
ORCID ID : 0000-0002-2372-5907
HEYDƏR ƏLİYEV VƏ TÜRK BİRLİYİ
DOI: https://doi.org/10.36719/2708-065X/105/21-27
Təqdim edilən məqalədə Azərbaycanın ulu öndərinin Türkiyə və Mərkəzi Asiyanın türk dövlətləri ilə Azərbaycanın qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi sahəsində fəaliyyəti araşdırılmış, Türk Birliyi yaradılması uğrunda qətiyyətli, yeni siyasi reallıqları nəzərə almaqla apardığı mübarizəsi konkret faktlarla təhlil edilmişdir. Azərbaycan xalqının ümumilli liderinin bu siyasi xəttinin İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin Türk Dövlətləri Birliyi daxilində inteqrasiya prosesinə müsbət təsiri məsələlərinə xüsusi diqqət yetirilmişdir.
Açar sözlər: Türkiyə, Mərkəzi Asiyanın türk dövlətləri, ortaq tarixi ənənələr, milli dəyərlər, inteqrasiya.