İBRAHİM ZEYNALOV
Bakı Dövlət Universitetinin professoru
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV VƏ MİLLİ TARİXİMİZ
DOI: https://doi.org/10.36719/2708-065X/105/12-20
Elmi məqalədə XX əsrdə xalqımızın yetirdiyi dahi şəxsiyyət, dünya miqyaslı siyasətçi, siyasət və idarəetmə ustadı fenomen lider Heydər Əliyevin öz uzaqgörənliyi, fitri istedadı və nurlu əməlləri ilə Azərbaycanın 50 illik bir tarixinə, ölkəmizdə gedən proseslərə göstərdiyi misilsiz təsirdən, həm də ulu öndər Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi illərdə ölkənin ictimai-iqtisadi və sosial inkişafını təmin etməklə yanaşı, həm də Azərbaycanın zəngin tarixini yaratmasından, tarix elminin inkişafına daim qayğı göstərməsindən bəhs olunur. Məqalədə Heydər Əliyev öz nurlu fəaliyyəti ilə tarix yaratması, onun tarix konsepsiyasının bütövlükdə Azərbaycanın əldə olunan uğurlarına və gələcək inkişafına, müstəqilliyimizin əbədiliyinə hesablanması şərh olunur. Həmçinin, Heydər Əliyevin tariximizin, xüsusilə XIX və XX əsr tariximizin bir sıra problemlərinə öz obyektiv münasibətini bildirməsi və bu əsrlərin tarixinin təhrif olunmadan, obyektiv, olduğu kimi yenidən yazılmasını tarixçilərimiz qarşısında bir vəzifə kimi qoyması və s. məsələlər öyrənilir və təhlil edilir.
Açar sözlər: milli tariximiz, XIX və XX əsrlər, minillik, qaranlıq səhifə, ağ ləkələr, təhrif, obyektiv, dirçəliş, milli özünəqayıdış, milli-maddi irsimiz, 50 ilə yaxın dövr, soykök, ideologiya, münaqişə, milli dil, milli tarix, faciə, şəxsiyyət, inteqrasiya.