İSMAYIL HACIYEV

AMEA Naxçıvan Bölməsinin sədri, akademik

hacı[email protected]

 

HEYDƏR ƏLİYEV – DÜNYA MİQYASLI SİYASƏTÇİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/105/5-11

 

Məqalədə ulu öndər Heydər Əliyevin dünya miqyaslı siyasətçi olduğu xarakterizə edilmiş, onun siyasətçi kimi yüksək bilik və bacarığına, nəzəri hazırlığına, fəaliyyətinə diqqət yetirilmişdir. Aparılmış təhlillərdən aydın olur ki, dünya siyasətində onun özünəməxsus yeri, rolu və mövqeyi olmuşdur ki, görkəmli dövlət xadimləri, məşhur siyasətçilər müsahibələrində, çıxış və nitqlərində bunu yüksək qiymətləndirmişlər. Təsadüfi deyildir ki, Heydər Əliyevə “dünya siyasətinin patriarxı” kimi qiymət verilmiş, bütün dünyanı idarə etmək qabiliyyətinə malik olan siyasətçi və dövlət xadimi adlandırılmışdır. Ona görə də Heydər Əliyev fenomeni, onun şəxsiyyətinin ucalığı, fövqəladə idarə­çilik qabiliyyəti, yüksək intellekti nəticəsində dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri arasında onun adı həmişə birincilər sırasında çəkilib. Məqalədə bu da vurğulanıb ki, müxtəlif siyasi institutların, sosioloji mərkəzlərin keçirdiyi reytinq sorğularında ümummilli lider dünyanın ən nüfuz­lu siyasətçiləri ilə bir sırada göstərilir. Ulu öndər siyasi və dövlətçilik fəaliyyəti ilə uzaqgörən və müdrik siyasətçi olduğunu dəfələrlə təsdiq etmişdir.

Açar sözlər: Heydər Əliyev, uzaqgörən siyasətçi, ağıllı dövlət xadimi, dünya siyasətinin pat­riarxı, kompüter insan, dünya liderlərindən biri.



YÜKLƏ [284.6 Kb]
Baxış: 116
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]