SƏFƏR ƏLİYEV

AMEA Naxçıvan Bölməsinin Böyük laborantı

[email protected]

 

XX ƏSRİN SONLARINDA NAXÇIVANIN SOSİAL-İQTİSADİ VƏZİYYƏTİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/105/74-79

 

XX əsrin sonlarında Ermənistanın Azərbaycanın Tarixi torpaqlarını işqal etməsi nəticəsində Naxçıvanla Azərbaycan arasında nəqliyyat vasitələrinin dayandırılmasına gətirib çıxarmışdı. Bu za­man Naxçıvanda vəziyyət olduqca mürəkkəbləşmiş və sosial-iqtisadi münasibətlər bir qədər zəifləmiş­di. Dəmir yolunun işləməməsi nəticəsində muxtar respublikanın sənaye, kənd təsərrüfatı, inşaat materialları ilə təmin edilmədiyindən onların (əksəriyyətinin) fəaliyyəti tamamilə dayanmışdı. 1990-cı ildə 1985-ci ilə nisbətən dəmir-beton məmulatı istehsalı, xam ipək istehsalı, duz istehsalı azalmışdır. Nəqliyat blokadası kənd təsərrüfatı məhsullarının istehsalında və daşınmasında da ciddi problemlər yaratmışdı. Heyvandarlıqda 34 faiz kənt təsərrüfatında məcmu məhsul 25.5 sənaye istehsalı 26.6 faiz azalmışdı. Qışın sərt keçməsi səbəbi ilə yanacağa olan tələbat ödəmədiyi üçün əhali nadir olan ağaçları kəsərək öz tələbatlarını qarşılamaq məcburiyətində qalmışdır. Heydər Əliyev 3 sentyabr 1991 ci ildə Ali Məclisin sədri seçildikdən sonra muxtar respublikanı sosial-iqtisadi böhrandan çıxarmaq üçün ciddi tədbirlər görməyə başladı. Heydər Əliyevin müdrük siyasəti nəticəsində Naxçıvan erməni təcavüzündən qurtulmuş və asayiş bərpa edilmişdir. Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Naxçıvanda sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulmuşdur. 

Açar sözlər: Naxçıvan, Blokada, sosial-iqtisadi vəziyyət, Heydər Əliyev, Beynəlxalq əlaqələr.



YÜKLƏ [269.19 Kb]
Baxış: 114
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]