YAQUB MAHMUDOV
AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi,
Dövlət Mükafatı Laureatı
MİLLİ ŞÜURUMUZDA
İSTİQLAL BAYRAĞINI ENMƏYƏ QOYMAYAN
MÜQƏDDƏS ZİYALI OCAĞI
DOI: https://doi.org/10.36719/2708-065X/106/7-16
“Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə təsis edilmişdir. Bu qərar bir daha onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərmişdir. Xalq Cümhuriyyətinin qurucuları yaxşı anlayırdılar ki, savadsız cəmiyyətdə güclü müstəqil dövlət qurmaq mümkün deyil. Baxmayaraq ki, gənc respublika böyük çətinliklərlə üzləşmişdi və ölkə ərazisinə tam nəzarət edə bilmirdi, bu qərar bir daha respublikanın niyyətini, qurucuların siyasətini əks etdirir. Bakı Dövlət Universiteti 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr vermişdir”.
Prezident İlham Əliyevin
Bakı Dövlət Universitetinin 100 illik yubileyi
münasibətilə keçirilən mərasimdəki çıxışından.
26 noyabr 2019-cu il.