ƏSMƏD MUXTAROVA
tarix elmləri doktoru, professor
Bakı Dövlət Universitetinin “Türk xalqları tarixi” kafedrasının müdiri,
BAKI DÖVLƏT UNİVERSİTETİ: 105 İLLİK ŞANLI TARİX
DOI: https://doi.org/10.36719/2708-065X/106/17-22
2024-cü il noyabrın 15-də müstəqil Azərbaycanın ən qədim və ən böyük ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin yaranmasının 105 ili tamam olur. Bu müddət ərzində daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirən Universitetin ölkəmizdə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların dərin məzmun kəsb edərək son texnologiyaların da tətbiqi ilə müasir standartlara uyğun aparılmasında, milli özünüdərk prosesinin inkişafında müstəsna xidmətləri vardır. Universitet ölkəmizin intellektual potensialının inkişafında, həmçinin elm, təhsil və mədəniyyətimizin tərəqqisində, müstəqil milli dövlətçilik düşüncəsinin təşəkkülündə, Azərbaycanın zəngin tarixi-mədəni irsinin dərindən öyrənilməsində önəmli rola malikdir. Təsadüfi deyildir ki, 2019-cu ildə universitetin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin sərəncamında vurğulanırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı gündən etibarən nailiyyətlərlə dolu zəngin şərəfli bir yol keçmişdir.
Açar sözlər: Bakı Dövlət Universiteti, ali təhsil, elm, maarif, Azərbaycan Xalq Cümhuriyyəti.