ELLADA BALAYEVA
Bakı Dövlət Universiteti
Redaksiya-nəşriyyat kafedrasının dissertantı
“ELM” NƏŞRİYYAT-POLİQRAFİYA İDARƏSİNDƏN
“ELM” NƏŞRİYYAT EVİNƏ İNKİŞAFI TARİXİNDƏN
Məqalənin əsas məqsədi “Elm” Nəşriyyat-Poliqrafiya İdarəsindən “Elm” Nəşriyyat Evinə ucalma tarixini araşdırmaqdır. Məqalədə Nəşriyyat evinin müxtəlif tədbirlərdə, eləcə də beynəlxalq səviyyəli tədbirlərdə iştirakı və inkişaf dinamikası öyrənilmişdir. Tədqiqat aparılarkən elmi təhlil və müqayisə metodlarından istifadə edilmişdir. Məqalənin tətbiqi əhəmiyyəti: Ali təhsil müəssilərində mühazirə və seminarlarda istifadə oluna bilər, müvafiq dərslik və metodik vəsaitlərin yazılmasında faydalı ola bilər, tarix, kitabxana işi, kitabxanşünaslıq ilə maraqlananlar üçün dəyərli materialdır.
Açar sözlər: Elm nəşriyyatı, Nəşriyyat-Poliqrafiya İdarəsi, AMEA, sərgilər, kitablar.