SAMİR İSMAYILOV
tarix üzrə fəlsəfə doktoru,
Bakı Dövlət Universitetinin dosenti
MÜSTƏQİLLİYİN İLK İLLƏRİNDƏ BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ
ELMİ-PEDAQOJİ KADRLARIN HAZIRLIĞI VƏZİYYƏTİ (1991-1994)
DOI: https://doi.org/10.36719/2708-065X/106/36-42
Məqalədə 1991-1999-cu illərdə Bakı Dövlət Universitetində elmi-pedaqoji kadrların hazırlanmasının vəziyyəti araşdırılır. Araşdırmalardan məlumdur ki, müstəqilliyin ilk illərində Bakı Dövlət Universitetində elmi-pedaqoji kadrların vəziyyəti, elmi-pedaqoji kadrların hazırlanması ilə bağlı ciddi çətinliklər yaranmışdı. Buna bir tərəfdən təcavüzkar Ermənistanın əraziləri işğal etməsi nəticəsində respublikada yaranmış gərgin ictimai-siyasi vəziyyət, digər tərəfdən isə dərin sosial-iqtisadi çətinliklər fonunda ali məktəblərdə kadr hazırlığının lazımi səviyyədə təşkil olunmaması təsir edirdi. “Təhsil haqqında” Azərbaycan Respublikasının yeni Qanunu qəbul edilməsi respublikanın ali məktəblərində çoxpilləli təhsil sisteminə keçid, universitetdə elmi-tədqiqat işlərinin səmərəli təşkili və elmi-pedaqoji kadrların hazırlanmasında dönüş yaratdı.
Açar sözlər: BDU, ali təhsil müəssisəsi, elmi və professor-müəllim heyəti, müstəqillik, aspirant, doktorantura.