İBRAHİM ZEYNALOV

Bakı Dövlət Universitetinin professoru,

Tarix fakültəsinin dekanı, tarix elmləri doktoru

[email protected]

 

RƏŞAD CABBAROV

Bakı Dövlət Universiteti

[email protected]

 

BDU-105ZƏNGİN ƏNƏNƏLƏRİ OLAN TARİX FAKÜLTƏSİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/106/59-72

 

70 ilə yaxın bir müddətdir ki, Bakı Dövlət Universiteti və ümummilli lider Heydər Əliyevin ad­ları qoşa səslənir. Bu adların vəhdəti Azərbaycanın siyasi qüdrəti ilə mənəvi yüksəliş birliyinin rəmzi ifadəsi kimi qavranılır. Ulu öndər Heydər Əliyev ölkəmizin siyasi iradəsinin aparıcı qüvvəsi Bakı Dövlət Universiteti isə mədəniyyətimizin, elmimizin, təhsilimizin möhtəşəm məbədi kimi vəzifəni yeri­nə yetirir, milli-mənəvi dəyərlərimizin zənginləşməsində, milli ruhlu, vətənpərvər gənc nəslin yetişdi­rilməsində müstəsna rol oynayır. Məqalədə xalqımızın dahi oğlu, dünya şöhrətli dövlət xadimi və siyasətçi Heydər Əliyevin Bakı Dövlət Universiteti və bu böyük təhsil məbədinin yaşıdı olan Tarix fa­kültəsi haqqında söylədiyi fikirlərdən, bu təhsil ocağına verdiyi dəyərdən, göstərdiyi dəyər və qayğı­dan bəhs olunur. Məqalənin məzmununda ulu öndər Heydər Əliyevin Bakı Dövlət Universitetinin yubileylərində, burada keçirilən müxtəlif mərasimlərdə çıxışları və onun layiqli davamçısıolan, Azər­baycan Respublikasının Prezidenti cənab İlham Əliyev, ulu öndərin ideyalarının müvəffəqiyyətlə hə­yata keçirilməsində, 44 günlük Vətən müharibəsində şanlı zəfər qazanmasında, ölkəmizin ərazi bü­tövlüyünün təmin olunmasında, bütün ölkə ərazisində suverenliyimizin bərqərar olunmasıdakımisilsiz fəaliyyəti əsas yer tutur. Məqalədə Tarix fakültəsinin 105 illik tarixindən, onun keçdiyi şərəfli yoldan, həmçinin fakultənin formalaşmasında, inkişafında rolu olan görkəmli şəxsiyyətlərdən, alimlərdən, fakültədə əldə edilən elmi nailiyyətlərdən, elmi əlaqələrdən və fakultənin bu günündən bəhs olunur.

Açar sözlər: Azərbaycan Respublikası, Bakı Dövlət Universiteti, Tarix fakültəsi, umumilli lider Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, 1969-cu il 5 avqust tarixi, Azərbaycan KP MK-nın plenumu, publik şəxs.



YÜKLƏ [870.78 Kb]
Baxış: 126
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]