SEVİNC RUİNTƏN
Bakı Dövlət Universitetinin dosenti
TÜRK XALQLARI TARİXİ KAFEDRASININ NÜMUNƏSİNDƏ
BAKI DÖVLƏT UNİVERSİTETİ TARİX FAKÜLTƏSİNİN
GƏNCLƏR SİYASƏTİNƏ BAXIŞ
DOI: https://doi.org/10.36719/2708-065X/106/73-77
Ey gələcək nəsil, ey gənclik!
Sənin öhdəndə böyük bir vəzifə var.
Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı.
Onu min müşkülatla ucaldaraq dedi ki: - Bir kərə yüksələn bayraq bir daha enməz!
Əlbəttə, sən onun bu ümidini qırmayacaq, Azərbaycan türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı bir daha o bina üzərinə dikəcək,
bu yolda ya qazi, ya şəhid olacaqsan...
M.Ə.Rəsulzadənin gəncliyə xitabı.
Gənclər siyasəti bütün cəmiyyətlərdə dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Belə ki, gənclər mədəni irsin qorunub saxlanmasında, cəmiyyətlərin fərqliliyinin təşviqində mühüm rol oynayırlar. Və məhz elə bu baxımdan da cəmyyətdə baş verən yenilikləri həyata keçirən əsas qüvvə hesab olunurlar. Azərbaycan dövləti də bu mənada istisna deyil. Dövlət tərəfindən dəstəklənən Azərbaycan gəncləri dünya miqyasında müxtəlif səviyyələrdə təşkilat və qurumlarda təmsil olunurlar. Azərbaycanın qocaman təhsil müəssisəsi olan Bakı Dövlət Universitetində, eləcə də Tarix fakültəsində də gənclər siyasəti daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Hazırki məqalədə Türk xalqları tarixi kafedrasının nümunəsində Tarix fakültəsində həyata keçirilən gənclər siyasətindən bəhs ediləcəkdir.
Açar sözlər: Gənclər siyasəti, Bakı Dövlət Universiteti, Tarix fakültəsi, Türk xalqları tarixi kafedrası.