İQBAL AĞAYEV
Tarix üzrə fəlsəfə doktoru,
Bakı Dövlət Univeristetinin dosenti
Asiya və Afrika ölkələri tarixi kafedrasının müdiri
igbal64@rambler.ru
“ASİYA VƏ AFRİKA ÖLKƏLƏRİ TARİXİ” KAFEDRASININ QISA TARİXİ
DOI: https://doi.org/10.36719/2708-065X/106/85-92
Bakı Dövlət Universiteti 2024-cü il təqvimində 105 yaşını qeyd edir. Azərbaycan elminin flaqmanı, Şərqin ilk Avropa tipli Universiteti olan Bakı Dövlət Universiteti mövcud olduğu bir əsri aşan müddətdə elmin inkişafında əsas rol oynayır və müasir dövrün tələblərinə cavab verən kadrların yetişdirilməsində lider mövqeyindədir. Universitetin özü ilə həmyaşıd olan Tarix fakültəsi də bu inkişaf yolunu qarşısına məqsəd qoyaraq elmə və cəmiyyətə öz töhfəsini verməkdədir.Fakültə Dünya və Vətən tarixi üzrə geniş araşdırmalar apararaq tədris prosesində tələblərin dünyagörüşünün formalaşmasına xidmət edir. Tarix fakültəsinin tərkib hissəsi olan «Asiya və Afrika ölkələri tarixi» kafedrası Şərqdə baş verən prosesləri tədqiq etməklə müasir dövrün ən aktual məsələlərinə aydınlıq gətirir. Məqalədə bu kafedranın qısa tarixinin araşdırılmasına cəhd göstərilmişdir.
Acar sözlər: Bakı Dövlət Universiteti, Müsəlman Şərqinin ümumi tarixi, Asılı və müstəmləkə ölkələrin tarixi, Yaxın və Orta Şərq xalqlarının tarixi, Asiya və Afrika ölkələri tarixi.