TARİX DOSTİYEV
tarix elmləri doktoru
Bakı Dövlət Universiteti
Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri
İLHAM MƏMMƏDOV
Bakı Dövlət Universiteti
Azərbaycanın Maddi Mədəniyyət Tarixi ETL-nın elmi işçisi
ilhammammadov@bsu.edu.az
AZƏRBAYCANIN MADDİ MƏDƏNİYYƏT TARİXİ ELMİ-TƏDQİQAT LABORATORİYASI: TƏDQİQATLAR , NƏŞRLƏR
DOI: https://doi.org/10.36719/2708-065X/106/93-98
Məqalədə Bakı Dövləti Universitetinin Tarix fakültəsində Azərbaycanın Maddi Mədəniyyət Tarix elmi tədqiqat laboratoriyasının çöl tədqiqatlarından, əldə olunmuş nailiyyətlərdən, laboratoriyanın nəşriyyat fəaliyyətindən bəhs olunur. Keçən əsrin 90-cı illərində laboratoriyanın çöl tədqiqatlarının nəticələri Azərbaycan arxeologiyasının ümdə problemlərinin həllinə öz töhfəsini vermiş, çöl tədqiqatları dayandırıldıqdan sonra sözü gedən qurum yazılı mənbələr, arxiv materialları, arxeoloji və etnoqrafik fondların materialları, arxeoloji və etnoqrafik ədəbiyyatın təhlili əsasında Azərbaycanın maddi mədəniyyət tarixinin yazılması, tarixi-etnoqrafik atlasın hazırlanması, izahlı lüğətlərin tərtibi istiqamətində araşdırmalarını davam etdirmişdir. Laboratoriyanın elmi fəaliyyəti nəşrlərdə öz əksini tapmışdır.
Açar sözlər: Bakı Dövləti Universiteti, maddi mədəniyyət tarixi, arxeoloji-etnoqrafik ekspedisiya, Əliköməktəpəsi yaşayış yeri, Seyidli kurqanı.