ALMAZ ZÜLFƏLİ QIZI
Tarix üzrə fəlsəfə doktoru,
Bakı Dövlət Universitetinin dosenti,
AZAD RZAYEV
Tarix üzrə fəlsəfə doktoru,
Bakı Dövlət Universitetinin dosenti
ALİM VƏ VƏTƏNDAŞ ZÜLFƏLİ İBRAHİMOV
DOI: https://doi.org/10.36719/2708-065X/106/105-109
Professor Zülfəli İmaməli oğlu İbrahimov - Azərbaycanın görkəmli alimi, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü və eyni zamanda SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. Onun həyat yoluna, elmi fəaliyyətinə nəzər salarkən Azərbaycan tarixinə nə qədər böyük töhfələr verdiyini aydın şəkildə görmək olur. Ümumiyyətlə, Z.İbrahimov Azərbaycan xalqının tarixi ilə bağlı mühüm məsələlərin tədqiqi, Azərbaycan tarixşünaslığının zənginləşdirilməsi istiqamətində yorulmadan çalışan alim idi. Onun hər bir əsərində Azərbaycanın qədim zamanlardan qəhrəmanlar, mübarizlər ölkəsi olması, kişilərlə yanaşı, Azərbaycan qadınlarının da düşmənə qarşı daim böyük mətanətlə vuruşması aydın şəkildə əksini tapıb.
Açar sözlər: Zülfəli İbrahimov, Alim, Azərbaycan Dövlət Universiteti, Tarix fakültəsi, Azərbaycan tarixi kafedrası, SSRİ jurnalistlər İttifaqı.