HİCRAN MAHMUDOVA

t.ü.f.d., Bakı Dövlət Universieti

Arxeologiya və etnoqrafiya kafedrası

[email protected]

[email protected]

 

BAKI DÖVLƏT UNİVERSİTETİNİN 105 İLLİK TARİXİNDƏ

PROFESSOR HƏVİL HƏVİLOVUN XİDMƏTLƏRİ

 

DOI: https://doi.org/10.36719/2708-065X/106/110-114

 

Azərbaycanın XX əsr tarixində özünəməxsus yer tutan, müxtəlif sahələr üzrə görkəmli xadim­lər, tədqiqatçılar, əsl vətənpərvər ziyalılar yetişdirmiş Bakı Dövlət Universitetinin bu il 105 illik yu­bileyi qeyd olunur. Məhz bununla bağlı BDU-nun ənənələrini qorumuş, ömrünü doğma universitetdə elm və təhsilə həsr etmiş müəllimlərimizin xatirəsinin anılması da bu baxımdan bir daha aktuallaş­mışdır. Təqdim olunan məqalədə professor Həvil Abdulla oğlu Həvilovun “Etnoqrafiya” elminin təd­risi və tədqiqi ilə bağlı fəaliyyəti, xidmətləri araşdırılmışdır.

Araşdırma zamanı Həvil Həvilovun Azərbaycan və dünya xalqlarının etnoqrafiyası, maldarlıq təsərrüfatı, qarşılıqlı yardım formaları və s. problemlərlə bağlı tədqiqatlarının qısa xülasəsi verilmiş, görkəmli alim bir neçə prizmadan: tədqiqatçı – alim, savadlı pedaqoq, qayğıkeş, səmimi dost, yaxşı insan kimi dəyərləndirilmiş, elm yolundakı çətinliklərə baxmayaraq, əsl ziyalı kimi öz simasını qoru­yub saxlamağı bacarması təqdir edilmişdir. Qeyd edilmişdir ki, bu 105 ildə Bakı Dövlət Universite­tini zirvədə saxlayan məhz belə müəllimlərin qoruyub saxladığı və gənclərə ötürdüyü ənənələrdir.

Açar sözlər: BDU, 105 illik yubiley, Həvil Həvilov, etnoqrafiya, tədqiqatçı, müəllim.



YÜKLƏ [322.88 Kb]
Baxış: 132
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]