ELMİN MƏMMƏDLİ
AMEA-nın Tarix və Etnologiya İnstitutunun doktorantı
ALBANİYA VƏ İBERİYA III MİTRİDAT MÜHARİBƏSİ DÖVRÜNDƏ
(e.ə. 74-64)
DOI: https://doi.org/10.36719/2708-065X/106/121-126
Məqalədə tədqiqat obyektini eramızdan əvvəl I əsrdə III Mitridat müharibəsi zamanı Roma sərkərdələri L.Lukkulun və Q.Pompeyin Cənubi Qafqaza ekspedisiyaları təşkil edir. Azərbaycan tarixşünaslığında bu məsələyə, xüsusən də İberiya çarlığının iştirakı lazımi səviyyədə nəzərdən keçirilmədiyindən qədim mənbələrdən əldə edilən məlumatlar əsasında Albaniya və İberiya xalqlarının yadelli işğalçılara qarşı birgə mübarizəsi təhlil edilmişdir. Bundan əlavə, gürcü tarixçilərinin e.ə. 1-ci əsrin ortalarında Albaniyada dövlətçiliyin olmaması haqqında tezisi təkzib edildi.
Açar sözlər: Mitridat müharibəsi, Roma dövləti, Albaniya, İberiya, Oroys, Artak.