İSMAYIL HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri, akademik
NAXÇIVAN ƏYALƏTİ VƏ ORDUBAD DAİRƏSİNİN
İQTİSADİ HƏYATI
DOI: https://doi.org/10.36719/2708-065X/106/131-137
Məqalədə Naxçıvan əyalətinin və Ordubad dairəsinin kameral təsvirləri əsasında XIX əsrin 30-cu illərindəki iqtisadi vəziyyəti tədqiq edilmişdir. Torpaq üzərində mülkiyyət və təsərrüfat formaları, kənd təsərrüfatı və heyvandarlığın mövcud vəziyyəti və inkişafı, vergi sistemi, onun qruplara ayrılması və toplanması, iltizama verilən sahələr və mükəlləfiyyətlər, Naxçıvan əyalətinə idarəçinin təyin edilməsi kimi məsələlər araşdırılmış, əyalət və dairənin iqtisadi xüsusiyyətləri haqqında yekun nəticələr çıxarılmışdır.
Açar sözlər: əyalət, dairə, vergilər, mükəlləfiyyətlər, iqtisadiyyat, kənd təsərrüfatı, iltizam, tiyul.