NƏRGİZ NAĞIYEVA
siyasi elmlər üzrə fəlsəfə doktoru,
Bakı Dövlət Universitetinin dosenti
ORCİD İD: 0009-0001-1205-5864
NEOKOLONİALİZMƏ QARŞI ETİRAZLAR
DOI: https://doi.org/10.36719/2708-065X/106/174-177
Müasir dövrdə müstəmləkəçiliyin sona çatdığı deyilsə də, bu gün müstəmləkəçiliyin mövcud olmadığını söyləmək olmaz. Tarix boyu davamlı olaraq dəyişən müstəmləkəçilik siyasətləri bu gün də müxtəlif coğrafi bölgələrdə müxtəlif formalarda və fərqli adlar altında davam etməkdədir. Hər iki dünya müharibəsi müstəmləkəçiliyin müəyyən qədər azalmasına səbəb olsa da, Qərbin müstəmləkəçilik siyasəti bu gün də davam edir. Nəticə etibarı ilə deyə bilərik ki, müstəmləkəçilik forması dəyişsə də, sona çatmayıb, məzmun isə dəyişməz olaraq qalır. Hərbi güc yerini daha böyük iqtisadi və siyasi asılılığa verdi. “Postkolonializm” anlayışı “yeni müstəmləkəçilik” anlayışı ilə əvəz edilmişdir.
Açar sözlər: neokolonializm, postkolonializm, imperializm, kolonializm, müstəmləkəçilik.