SARIŞAN ADIŞOVA

Bakı Dövlət Universitetinin doktorantı

sarishanadishova@gmail.com

https://orcid.org/0009-0003-2475-2338

 

XALQ MÜQAVİMƏT HƏRƏKATININ ZƏNGƏZUR ƏHALİSİNİN

DAŞNAKLARDAN MÜDAFİƏSİNDƏKİ ƏHƏMİYYƏTİ

(1920-1930)

 

DOI: https://doi.org/10.36719/2708-065X/106/189-193

 

Məqalə xalqımızın tarixinin ən əhəmiyyətli mərhələlərindən biri olan 1920-1930-cu illərdə xalq özünümüdafiəsinin və qaçaq hərəkatının ölkə ərazisində yenidən aktuallaşdığı dövrə həsr olunmuş­dur. Qaçaqçılıq Azərbaycanda hələ XIX əsrin ikinci yarısından geniş vüsət almasına baxmayaraq XX əsrin ilk onilliklərindən başlayaraq yeni xüsusiyyətlərə sahib olmaqla xalqın müdafiəsinin təşkili işində milli hərəkatın yarımçıq qoyduğu problemləri öz öhdəsinə götürmüş oldu. Qısa müddət ərzin­də Qarabağ, Zəngəzur, Dərələyəz, Göyçə, Vedibasar, Naxçıvan, Zəngibasar və digər ətraf ərazilərdə başlayan xalq özünümüdafiə hərəkatı daşnak hücumları və onların qarşısının alınması məqsədilə təşkil olunmuşdur.

Məqalədə ilk növbədə Zəngəzur ərazisində bu dirəniş hərəkatının məzmununun özünəməxsus xarakteristik əlamətləri ilə səciyyələndirilə bilən fərqlilikləri diqqətə çatdırılmışdır. Digər ərazilərdə olduğu kimi burada da xalq mübarizəsində yerli camaatdan təşkil olunmuş qaçaq dəstələri əsas mü­dafiə bazası rolunu oynayırdılar. İlk növbədə əsas müqavimət hədəfinin daşnaklar olmasına baxma­yaraq buranın əhalisinin sonrakı dövrlərdə Sovet hakimiyyətinin həyata keçirdiyi kəskin siyasi xəttə qarşı mübarizəsinin, eyni zamada bölgə əhalisinin onlardan müdafiəsinin təşkilatçısı da məhz qa­çaqlar olmuşdurlar. Bununla da ərazidə baş qaldıran xalq qaçaq hərəkatının qarşısındakı ikiisti­qamətli problem onun gələcək kontekstinin də müəyyənedici faktoruna çevrilmiş oldu. Diqqətə çatdı­rılan digər məqam isə hələ Sovet işğalının başlanmasından sonrakı dövrlərdən əsası qoyulan Zəngə­zur ərazisinin mübahisəli bölgə elan olunması, bu məsələnin bölgədə baş qaldıran xalq müqavimə­tinə də təsirsiz ötüşməməsidir.

Açar sözlər: Zəngəzur, xalq özünümüdafiəsi, qaçaq hərəkatı, yerli müqavimət.



YÜKLƏ [226.32 Kb]
Baxış: 77
© 2023 TARİX VƏ ONUN PROBLEMLƏRİ

“Tarix və onun problemləri” elmi, nəzəri, metodik jurnal 1997-ci ildə Mətbuat və İnformasiya nazirliyinin reyestrinə daxil edilmiş və həmin ildən nəşr edilməsinə başlanılmışdır. İldə 4 sayı nəşr edilir.

AAK tərəfindən Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrilər siyahısına daxildir:
Tarix və Antropologiya , Siyasi elmlər


Redaksiyanın ünvanı: Akademik Z.Xəlilov küçəsi, 23
Bakı Dövlət Universiteti, Tarix fakültəsi, 805

Telefon: (012) 539-08-56

E-mail: [email protected]